Gürcüstandakı seçkini 60 yerli və 65 beynəlxalq təşkilat müşahidə edəcək - YENİLƏNİB
27 oktyabr 2013 13:17 (UTC +04:00)

Gürcüstandakı seçkini 60 yerli və 65 beynəlxalq təşkilat müşahidə edəcək - YENİLƏNİB

Gürcüstanda bu gün keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 60 yerli və 65 beynəlxalq təşkilat iştirak edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, ötən gün beynəlxalq və yerli müşahidəçilərin və KİV nümayəndələrinin qeydiyyat prosesi başa çatıb.

 

Qeyd edək ki, 2013-cü il oktyabrın 27-də Gürcüstanda prezident seçkilərində 60 yerli təşkilat (19 746 müşahidəçilər) və 65 - beynəlxalq təşkilat ( 1 241 müşahidəçilər) qeydiyyatdan keçib. Seçkiləri müşahidə etmək üçün 152 media təşkilatı (ümumilikdə 1 381 jurnalist) akkreditə olunub.

 

Məlumata görə, seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçən jurnalistlər Gürcüstan həbsxanalarında da prezident seçkilərinin gedişini izləyə biləcəklər. Bunun üçün jurnalistlərə bütün şərait yaradılıb.

 

Bazar günü prezident seçkiləri barədə “Rustavi-2” və “İmedi” televiziya kanalları ayrı-ayrılıqda seçicilərdən rəy sorğusu keçirəcək və “exit-poll” həyata keçirəcəklər.

 

Məlumata görə, “Rustavi-2”  “exit-pol”  tədbirini həyata keçirmək üçün GFK şikətinə, “İmedi” rəhbərliyi isə ACT şirkətinə sifariş verib.  
 

Xatırladaq ki, 2012 parlament seçkilərini  64 beynəlxalq təşkilat və 50 yerli müşahidəçi, 146 media təşkilatları müşahidə edib.

Qeyd edək ki, Azərbaycan da Gürcüstanda keçiriləcək prezident seçkilərinə qatılacaq. Sabah Azərbaycan Milli Məclisinin deputatlarından  Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev parlamentin müşahidəçiləri qismində seçkilərdə iştirak edəcəklər. Bundan başqa, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə müxtəlif seçki məntəqələrində seçkilərin gedişini izləyəcəklər.

 

Məlumata görə, Azərbaycan parlamentinin deputatları soydaşlarımızın iştirak etdiyi bölgələrdə təşkil olunan seçki məntəqələrində azərbaycanlı seçicilərin fəallığını  müşahidə edəcək, seçki prosesinin gedişatını müşahidə edəcəklər.

Xatırladaq ki, bu gün  keçirilən prezident seçkilərində Gürcüstanın sayca 4-cü prezidenti seçiləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322
avatar

Oxşar yazılar