Leysan yağışlar Gürcüstanda torpaq sürüşməsinə səbəb olub.
Lent. az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Mesti rayonunun dağlıq hissəsində torpaq sürüşməsi nəticəsində 20 ev dağılıb.
Kəndlərə gedən yollar da sıradan çıxıb, kənd təsərrüfatı məhsulları sahələrinə ciddi ziyan dəyib.