Gürcüstan Rusiyaya sitrus meyvələrinin ixracına başlayır
03 noyabr 2013 03:03 (UTC +04:00)

Gürcüstan Rusiyaya sitrus meyvələrinin ixracına başlayır

Noyabrın 2-dən Gürcüstanda sitrus meyvələrin yığımı başlayıb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu ilki məhsulun yüz min ton çox olacağı gözlənilir.

 

Acarıstanın kənd təsərrüfatı naziri Zaur Putkaradze  jurnalistlərə bildirib ki, Gürcüstan istehsal olunan sitrus meyvələrin təxminən 80 faiz bu muxtar bölgənin payına düşür: «Biz bu il 110 min tona yaxın naringi, portağal və limon yığmağı planlaşdırırıq. Noyabrın 10-dan sitrus meyvələrinin ixracına başlayacağıq».

 

O, qeyd edib ki, 7 illik fasilədən sonra həmin meyvələr Gürcüstan kənd təsərrüfatı məhsulları üçün Rusiyada ayrılmış  bazara da göndəriləcək.

 

 

Nazirin sözlərinə əsasən, Rusiya ilə yanaşı sitrus meyvələri Azərbaycan, Belorus, Ukrayna, Moldova, Ermənistan və Orta Asiyaya da ixrac ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013
avatar

Oxşar yazılar