Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ilk sərəncamını verib. Lent.az-ın «Novosti Qruziya»-ya istinadən məlumatına görə, o, administrasiyasına rəhbərliyi Laşi Abaşidzeyə tapşırıb.
L. Abaşidze əvvəllər Marqelaşvilinin rektoru olduğu universitetdə işləyib.
Prezidentin mətbuat katibliyi onu da bildirib ki, ilk iş günündə prezident işə piyada gedib.
Mixail Saakaşvilinin prezidentliyində bu vəzifəni daşıyan Andro Barnov Marqvelaşvilinin andiçməsini gözləməyərək, istefa vermişdi.