Sentyabrın 2-də Gürcüstanın xarici işlər naziri Maya Pancikidze gürcü səfirləri ilə görüşü zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi həm Gürcüstan, həm də bütövlükdə bölgə üçün başlıca problem olaraq, qalır.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumata görə, o, işğal altında olan nəzarətsiz ərazinin, «qara dəliyin» yalnız Gürcüstan üçün deyil, bütövlükdə bölgədəki qonşu dövlətlərə təhlükə yaratdığını söyləyib.
«İşğal olunmuş ərazidə nəzarətsiz «qara dəlik» yalnız Gürcüstan üçün deyil, bütünlükdə Cənubi Qafqaz , qonşu dövlətlər, o cümlədən Avropa Birliyinə təhlükə yaradır» -deyə, Panckidze bildirib.