Prezident Abdulla Gül mayın 16-da Reyhanlıya gedəcək.
Lent.az-ın TRT-ə istinadən verdiyi məlumata görə, prezidentin terror aktı törədilən Reyhanlı qəsəbəsinə gedəcəyi bu gün açıqlanıb.
Daha əvvəl baş nazirin müavini Bəşir Atalay, daxili işlər naziri Müammər Gülər, ədliyyə naziri Sadullah Ərgin və səhiyyə naziri Məhmət Müəzzinoğlu da Reyhanlıya gedib.