Yaponiyanın Vakkaqay limanında yük gəmisi yanıb.
Lent. az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kamboca bayrağı altında üzən gəminin heyət üzvlərinin 19-u Rusiya, 4-ü Ukrayna vətəndaşı olub.
Gəmidə yanğın mayın 15-də saat 22:00-da başlasa da, hələ də tam söndürmək mümkün olmayıb. Yanğını söndürmək üçün 497 ton su vurulsa da, hələ də yanğın ocaqları qalmaqdadır. 6 dənizçi itkin düşüb, gəminin batma təhlükəsi yaranıb.