Federal Təhqiqat Bürosu (FTB) ABŞ-da yaşayan suriyalılar üzərində nəzarəti artırmaq niyyətindədir.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «Nyu-York tayms» qəzeti yazıb.
Məlumata əsasən. FTB-nin əməkdaşları yaxın günlərdə yüzlərlə suriyalı ilə fərdi söhbətlər edəcək. Onlar barəsində informasiyaların toplanmasına artıq başlanılıb.
Qəzet xatırladıb ki, 2011-ci ildə Liviyaya qarşı hərbi əməliyyatlar başlayan zaman da minə yaxın liviyalı ilə fərdi söhbət edilmişdi.