Fransada koronavirusun ilk qurban
29 may 2013 06:56 (UTC +04:00)

Fransada koronavirusun ilk qurban

Fransada yeni NCoV koronavirusa ilk yoluxma halı qeydə alınıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 65 yaşlı kişi Dubay səfərindən qayıtdıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Orada da vəfat edib. Bu virusa yoluxmuş başqa bir xəstənin səhhətinin ağır olduğu bildirilib.

 

Məlumatlara əsasən, bu virusun yeni ştammı  başlanğıcda Səudiyyə Ərəbistan, İordaniyada «SARS» virusuna oxşadığı müəyyənləşmişdi.

 

Hazırda o, Britaniya, Fransa və Almaniyaya yayılıb.

 

NCoV ağ ciyərin iltihabı, pnevmoniya, bir sıra hallarda isə böyrəkdə problemlərlə müşayiət edilir.

 

2012-ci ildə dünyada 30 nəfərin bu virusdan öldüyü təsdiqlənib. Koronavirus daha çox Yaxın Şərqdə yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar