Fransanın cənub-qərbində ər-arvad həbs olunub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb onların körpə qızı avtomobilin yük yerində saxlamaları göstərilib.
Mənbə bildirib ki, körpə aşkarlanan sonra məlum olub ki, onda xroniki aclığın əlaməti var və körpə inkişafdan qalıb.
Qarajın işçiləri bildirib ki, qızın anası avtomobili təmirə verəndə onlar maşının arxa hissəsindən uşaq səsi eşidiblər. Baqajı açanda orda 1,5 - 2 yaşlı körpə qızın olduğunu görüblər. O, çılpaq halda öz ifrazatının üstündə uzanıbmış.
45 yaşlı, 3 uşaq anası bildirib ki, kiçik uşağı atasından da gizlədirmiş.
Bu ailə cütlüyünə qarşı «körpə üzərində işgəncə» ittihamı ilə cinayət işi açılacaq.