Fransa prezidenti həmcinslərin nikahını rəsmiləşdirdi
18 may 2013 12:50 (UTC +04:00)

Fransa prezidenti həmcinslərin nikahını rəsmiləşdirdi

Fransa prezidenti Fransua Olland “Həmcinslərin nikahı haqqında” qanunu imzalayıb. Lent.az-ın məlumatına görə, bu qanunla digər məsələlərlə yanaşı, eynicinsli cütlüklərin uşaqları övladlığa götürmələrinə icazə verilib.

 

Beləliklə, Fransa eynicinsli nikahları qanuniləşdirən 14-cü ölkə olub. Digər tərəfdən, Olland seçkiöncəsi vədlərindən birini yerinə yetirib.

 

Qeyd edək ki, qanun layihəsi ətrafında debatlar bir neçə ay davam edib. Sağ müxalifətçi partiya qanunun qəbulu əleyhinə kəskin çıxış edib, eynicinslilərin nikahlarının leqallaşdırılmasının və belə cütlüklərin uşaq övladlığa götürmələrinin əleyhdarları qanunun parlamentdə müzakirəsi başlamamışdan aksiyalara başlayıblar. Daha böyük kütləvi aksiyalardan biri martda yüz minlərlə nümayişçinin iştirakı ilə Paris küçələrində baş tutub. Lakin qanun layihəsini müzakirənin bütün mərhələlərindən keçirmək mümkün olub. Sonuncu maneə isə mayın 17-də aradan götürülüb. Həmin gün Fransanın Konstitusiya Şurası qanunun ölkənin əsas qanunvericiliyinə uyğun olduğunu bəyan edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895
avatar

Oxşar yazılar