Fransa köləlik təzminatı ödəməyəcək
11 may 2013 07:47 (UTC +04:00)

Fransa köləlik təzminatı ödəməyəcək

Fransa prezidenti Fransua Olland Parisdə keçirilən köləliyin ləğvini anma mərasimində çıxış edib.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, qara dərililərin bəzi dərnəklərinin təzminat tələbələri qəbul edilməzdir.

 

«Bunun yeganə seçim yolu keçmişdə olanları tanımaq və gələcəyi axtarmaqdır»-deyə, o bildirib.

 

Fransada yerləşən Qaradərili Dərnəkləri Təmsil şurası (CRAN) mayın 10da Paris məhkəməsinin binası qarşısında keçirdiyi etiraz aksiyasında bildirilib ki, Haiti müstəqillik qazandıqdan sonra Fransaya təzminat ödəyib.

 

Mənbənin məlumatına əsasən, bu ölkə 1804-cü ildən 1946-cı ilədək Fransaya 21 milyard dollar təzminat ödəməyə məcbur edilib. Bundan başqa Fransa XVII və XIX əsərlərdə Afrikadan bir milyondan qara dərili insanları Avropa və Amerikada varlıların xidmətində durması üçün satıb.

 

Fransada köləlik 1848-ci il aprelin 27-də ləğv edilsə də XX yüz ilədək Afrika mənşəlilərin soslial, siyasi, mədəni və başqa sahələrlə bağlı durumunda dəyişlilk olmamışdı.

 

Qeyd edək,2001-ci il mayın 10-da Fransa parlamenti qul ticarətini «insanlığa qarşı bir suç» olaraq, qəbul edib.Həmin tarixdən başlayaraq, hər il ölkədə  «Köləlik dönəmini anma günü» adlı mərasimlər keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar