Fələstin-İsrail danışıqları təxirə salınıb
19 iyul 2013 04:39 (UTC +04:00)

Fələstin-İsrail danışıqları təxirə salınıb

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas iyulun 18-də ABŞ-ın dövlət katibi Con Kerri ilə İordaniya patyaxtı Ammanda keçirdiyi görüşün nəticələri ilə Fələstin Azadlıq Təşkilatının (FAT) liderlərini tanış edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə, bir neçə saat davam edən görüşün sonunda FAT liderləri İsraillə danışıqların təxirə salındığını bildiriblər.

 

Qurumun liderlərindən biri Qeys Əbdülkərim deyib: «FAT-ın üzvlərinin çoxu hesab edir ki, İsrail 1967-ci ildəki sərhədlərə çəkilməyənə, həmin ərazidə tikintini dayandırmayanadək danışıqlar təxirə salınmalıdır».

 

Xatırladaq ki, bir müddət öncə Fələstin heç bir ilkin şərtsiz danışıqlara başlamağa hazır olduğu bildirilirdi. Hətta iyulun 19-da görüşün keçiriləcəyi də gözlənilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Oxşar yazılar