ETTELAAT əməkdaşları keçmiş baş nazirin qızlarını döyüb
25 oktyabr 2013 21:37 (UTC +04:00)

ETTELAAT əməkdaşları keçmiş baş nazirin qızlarını döyüb

ETTELAAT əməkdaşları keçmiş baş nazirin qızını döyüb

3 ilə yaxındır ev dustaqlığında saxlanılan, keçmiş baş nazir, 2009-cu ilin prezident seçkisində bu posta namizədlərdən biri,  Mirhüseyn Musəvinin qızı Nərgiz Musəvi ötən gün  jurnalistlərə açıqlamasında ETTELAAT əməkdaşlarının onu və bacısı Zəhranı döyüb təhqir etdiyini bildirib.

Lent.az-ın məlumatına görə, Nərgiz Musəvi deyib ki, oktyabrın 23-də onlara ETTELAAT-dan  zəng edərək, bacısı Zəhra ilə birlikdə  oktyabrın 24-də «Qədir Xum» bayramı münasibətilə valideynləri ilə görüşə biləcəklərini deyiblər: «Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə bizə iki saat yarım vaxt verdilər ki, valideynlərimizlə görüşüb onlarla birlikdə nahar edək. Ata-anamızla görüşdüyümüz bütün bu müddətdə ETTELAAT-ın Məryəm və Sara adlı iki qadın əməkdaşı bizi nəzarətdə saxlayırdı. Əlbəttə, bu adlar qondarmadır. Biz onları tanıyırıq. Onlardan birinin əsl adı, 1983-cü il təvəllüdlü Müjgan Nazimidir. Həmin qadındır həmişə valideynlərimizlə çox kobud davranıb və hətta atam bir neçə dəfə xəstəxanada yerləşdiriləndə də onu söyüb, təhqir edib.

Görüş vaxtı bitəndən sonra mən və bacımı valideynlərimizin saxlandığı evlə üzbəüz olan və yenə ETTELAAT-ın nəzarətində olan başqa bir evə aparıb təpədən-dırnağacan yoxlamaq istədilər. Onlar bizim ata-anamızın saxlandığı evdən çölə nəsə aparıb-aparmadığımızı öyrənmək istəyirdilər. Həmin qadınlar (məmurlar) bizi yoxlamaq üçün hər ikimizdən soyunmağı və hətta alt paltarlarımızı da çıxarmağı tələb etdilər. Biz onların bu iyrənc istəyinə kəskin etiraz bildirdik və müqavimət göstərməyə başladıq. Qadınlardan biri bizə hücum çəkərək mənim və bacımın üzünə şillə yağdırmağa, təhqiramiz sözlər deməyə başladı. Onu saxlamaq üçün əlini tutduqda isə vəhşicəsinə mənim biləyimi dişləməyə başladı və bundan sonra həngamə qopdu.

Onların bizə qarşı çirkin hərəkəti bununla bitmədi. Ancaq onların bütün xoşagəlməz hərəkətlərini açıb demək çətindir. Nəhayət çoxlu qışqır-bağırdan sonra həmin məmurların başçısı gəlib məsələni öyrəndi, qadınların rəftarına görə bizdən üzr istəsə də, onları qınamaqdan imtina etdi».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1282

Oxşar yazılar

Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar

Modeli evində qarət edib zorladılar

8 iyul 2025 , 17:35