ETTELAAT «Azadlıq» radiosu əməkdaşlarının ailələrinə təzyiq edir
13 sentyabr 2013 03:11 (UTC +04:00)

ETTELAAT «Azadlıq» radiosu əməkdaşlarının ailələrinə təzyiq edir

«Azadlıq» radiosu fars redaksiyasının rəhbəri Arman Mostufi sentyabrın 12-də jurnalistlərə açıqlamasında əməkdaşlarının ailələrinə təzyiqlərin artmasından danışıb.

 

Lent.az-ın «Azadlıq» radiosuna istinadən məlumatına görə, Arman Mostufi deyib ki, son həftələr radionun 5 əməkdaşının ailə üzvləri ETTELAAT-a çağırılaraq hədəlnib: «Ailə üzvlərinin qarşısına belə bir tələb qoyublar ki, övladlarınız radio ilə əməkdaşlığını dayandırmalıdır. Belə hallar əvvəllərdə də olub.Ancaq yeni prezident Həsən Ruhani hökumətinin fəaliyyətə başlamasından sonra vəziyyət daha da pisləşib.

 

Halbuki İranda yeni hökumətin fəaliyyətə başlaması ilə ölkədə siyasi vəziyyətin qismən yumşalması və mötədil bir siyasətin yürüdülməsi gözlənirdi.

 

 

Aydın məsələdir ki, yeni hökumətdə əvvəlkindən qalan bəzi ünsürlər vəzifə sahibidir. Elə buna görə də Həsən Ruhaninin hökumətində hansısa dəyişiklik yaratmaq çətin məsələdir. Bununla belə siyasi iradə olsa, mediaya təzyiq kimi hallara son qoymaq o qədər də çətin deyil».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar