Estoniya-Rusiya arasında sərhəd hələ müəyyənləşməyib
04 avqust 2013 07:09 (UTC +04:00)

Estoniya-Rusiya arasında sərhəd hələ müəyyənləşməyib

Estoniya hökuməti Rusiyanın xarici işlər naziri Sergey Lavrova quru və dəniz sərhədi ilə bağlı müqavilə imzalanması üçün ölkəyə dəvət edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Estoniyanın xarici işlər naziri Urmas Paet  deyib ki, dəvət göndərilsə də, tarixlə bağlı razılıq əldə olunmayıb.

 

«Tərəflər arasında konkret razılaşma olduqdan sonra  səfər gerçəkləşəcək»-deyə, U.Paet bildirib.

 

Bir müddət öncə KİV bildirmişdi ki, Moskvada imzalanmış birinci müqavilə qüvvəyə minmədiyindən, Tallinndə yenisi imzalanmalıdır. Mənbənin məlumatına əsasən, Rusiya XİN bu məsələ ilə bağlı razılığını verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar