Eşton İranın yeni naziri ilə danışıb
18 avqust 2013 07:50 (UTC +04:00)

Eşton İranın yeni naziri ilə danışıb

Avropa Birliyinin (AB) xarici işlər üzrə ali komissarı Ketrin Eşton İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə zəng edərək, onu vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib.

 

Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, ali təmsilçi bildirib ki, İslam Respublikasının nüvə probleminin diplomatik yolla həlli üçün yollar arayır.

 

O, məsələ ilə bağlı Tehran nümayəndə heyətini müəyyən etdikdən sonra beynəlxalq vasitəçilər, «altılıq» İranın təmsilçiləri ilə danışıqlar aparmağa hazırdır.

 

Tərəflər bölgənin problemlərindən danışaraq, yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar