Əsədin ordusuna qarşı döyüşən qadınlar
16 may 2013 16:50 (UTC +04:00)

Əsədin ordusuna qarşı döyüşən qadınlar

Suriyada müxalif Azad Suriya Ordusunun sıralarında Bəşər Əsəd rejiminə qarşı döyüşən tək kişilər deyil.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azad Suriya Ordusunun sıralarında qadınlar da kişilərlə bərabər döyüşür.

 

Eyni zamanda yalnız qadınlardan ibarət hərbi birliklər də var. Onların önündə “El İhlas” birliyi gəlir. “Um Fadi” ləqəbli qadının başçılıq etdiyi “El İhlas”ın qərargahı Hələbdədir və birlik üzvləri məhz bu bölgədə hərbi əməliyyatlar keçirirlər. “El İhlas” üzvləri sonuncu dəfə keçən həftənin bazar günü Süleyman əl-Hələb rayonunda bir raket kompleksini sınaqdan çıxararkən görüntülənib.

 

Azad Suriya Ordusunun tərkibind qadınlardan ibarət olan digər hərbi birlik isə “Savt el Hak” birliyidir. Bu hərbi qruplaşmaya “Um Cafer ləqəbli” qadın rəhbərlik edir. Um Caferin əri də Azad Suriya Ordusunun döyüşçüsüdür.

 

Azad Suriya Ordusunun tərkibində yer alan “El Vaad” birləşməsinin komandiri ilə evli olan fələstinli “Guevara” ləqəbli qadın da məşhurdur. Savaşdan əvvəl orta məktəb müəlliməsi olan “Guevara” bu gün Bəşər Əsədin hərbçilərinin ən çox qorxduğu nişançılar sırasındadır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1807
avatar

Oxşar yazılar