ABŞ senatının xarici işlər üzrə komitəsi Suriya müxalifətinə silah verilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, komitə Bəşar Əsəd hakimiyyətinə silah tədarükünə, eləcə də neft satışına da sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Kmomitənin bəyanatında bildirilib: «Suriyada vəziyyət dinc sakinlər üçün böhran həddinə çatıb. Son iki ildə 80 min suriyalı həlak olub. Suriyadan qaçanların sayı 1,5 milyonu aşıb».