Livan paytaxtı Tripolidə Suriyadakı rejimin başçısı Bəşar Əsədi tərəfdarları ilə əleyhdarları arasında növbəti atışmanın gedişində azı 5 nəfər həlak olub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.
Xatırladaq ki, tərəflər arasında döyüş oktyabrın 21-də başlayıb. Münaqişə edən qruplar odlu silahlardan, qumbaraatanlar və minaatanlardan istifadə ediblər. Həmin atışma nəticəsində azı 47 nəfər həlak olmuşdu.