Suriyadakı rejimin başçısı Bəşar Əsəd Fransada çıxan «Lö Fiqaro» qəzetinə müsahibə verib.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, o, avqustun 21-də Dəməşq ətrafında tabeçiliyində olan ordu kimyəvi silahdan istifadə etmədiyini bildirib.
Onun sözlərinə əsasən, bu iddiada «məntiq yoxdur».
B.Əsəd deyib ki, Suriyaya zərbənin endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq: «Bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər. Yaxın Şərq alovun yaxınlaşdığı barıt çəlləyinə bənzəyir».
Hərbi müdaxilənin olacağı halda Suriyanın cavabına gəldikdə isə Əsəd bunun baş verəcəyi təqdirdə müharibənin bütövlükdə bir bölgəni əhatə edəcəyini deyib: «Heç kim bilmir nə baş verəcək. Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək. Xaos və ekstremizm yayılacaq».