Suriya prezidenti Bəşər Əsəd baş komandanlığı Dəməşqdə yerləşən Fələstin Xalq Azadlığı Cəbhəsinə İsrailə raket zərbəsi endirməyə icazə verib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Fələstin Xalq Azadlığı Cəbhəsinin rəsmi təmsilçisi Ənvər Raca bəyan edib.
Rəsmi Dəməşq qruplaşmaya ilk növbədə raket batareyalarını döyüş hazırlığı vəziyyətinə gətirməyə icazə verib. Ənvər Raca deyib ki, rəsmi Dəməşq həm də onlarla Suriya hakimiyyəti ilə məsləhətləşmədən İsrailə hücum etməyə razılıq verib.