Əsəd Hələbi geri qaytarır
12 iyun 2013 17:11 (UTC +04:00)

Əsəd Hələbi geri qaytarır

Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri bu gün Hələb şəhərinin şimalında və qərbində əməliyyat aparıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı öncə Suriya Hərbi Hava Qüvvələri Türkiyə ilə sərhəddə yerləşən Sarmid qəsəbəsini və Beb-el-Xava sərhəd-keçid məntəqəsini bombalayıb.

 

Müxalif Azad Suriya Ordusunun ən azı 50 döyüşçüsü öldürülüb. Hələb ətrafındakı Der-Azza rayonunda da müxaliflərin mövqeyinə hava zərbəsi endirilib. Səhər saatlarında Hələbdən qərbdəki Kfar-Xamra yüksəkliyi Bəşər Əsədə sadiq ordu bölmələrinin nəzarətinə keçib.

 

Müxaliflərin qalalarından sayılan Anadan şəhərinə də hücum başlayıb. Hazırda ordu bölmələri Hələbin şimal rayonu olan Əl-Mansuru azad edərək Kfar-Daioya istiqamətində irəliləyir. Azad Suriya Ordusu əlavə qüvvələr cəlb edərək Kfar-Daioya rayonunu əldə saxlamağa çalışır. Maaret-əl-Artek rayonundan Hələbə daxil olmağa çalışan müxaliflər isə tələyə düşüb, 120 müxalif öldürülüb. Hələbin cənubunda isə isə müxaliflərin son qalası sayılan, Əl-Nusra Cəbhəsinin döyüşçülərinin nəzarətində olan Salamiyə rayonunu Bəşər Əsədə sadiq qüvvələrin nəzarətinə keçib. Suriya ordusu Hama-ələb yolu ətrafında yerləşən bütün kəndlərin də müxaliflərdən azad edildiyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Oxşar yazılar