Əsəd: “Bu silahlar Ankaraya tuşlanacaq”
04 oktyabr 2013 16:19 (UTC +04:00)

Əsəd: “Bu silahlar Ankaraya tuşlanacaq”

“Türkiyə Suriyada terrorçulara dəstək verdiyinə görə çox ziyan çəkəcək, terrorçular silahlarını istənilən an Ankaraya tuşlana bilər”.

 

Lent.az-ın verdiyi məlumata görə, Suriya prezidenti Bəşər Əsəd bunu Türkiyənin “Halk” telekanalına müsahibəsində söyləyib.

 

Bəşər Əsəd deyib ki, terrorizmdən istənilən an cibdə gizlətmək mümkün olan oyun kartı kimi istifadə etmək olmaz. Onun sözlərinə görə, terrorizm əqrəbdir, sancmaq üçün əlverişli an gözləyir. Bəşər Əsəd bildirib ki, Suriyaya terrorçu qruplaşmaların on minlərlə üzvü daxil olub, sayları dəqiq məlum deyil: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan on minlərlə suriyalının qanının axtasına və ölkənin infrastrukturunun dağılmasına görə məsuliyyət daşıyır. Ərdoğan və dostları tək Suriyanın deyil, Misir, Liviya, Tunis və digər region ölkələrinin daxili işlərinə qarışırlar”.

 

Bəşər Əsəd növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə danışmağın da hələ tez olduğunu vurğulayıb: “Mənzərə yaxın 3-4 ayda aydın olacaq, çünki Suriyada proseslər çox sürətlə cərəyan edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1603
avatar

Oxşar yazılar