ABŞ-ın hərbi zərbə endirməyə hazırlaşdığı Suriya hakimiyyəti buna cavab olaraq əks-zərbə endiriləcək hədəflərin siyahısını açıqlayıb.
Lent.az-ın İsrailin “Arutz Sheva” saytına istinadən verdiyi məlumata görə, Suriyanın rəsmi mətbuat orqanlarının yaydığı siyahıda İsrail, Türkiyə və Cənubi Kiprdəki strateji hərbi obyektlər yer alıb və həmin obyektlərin havadan çəkilmiş görüntüləri də yayımlanıb.
Bəşər Əsəd rejimi İsrailin Dimona Atom Elektrik Stansiyası, Haifadaki neft-kimya obyektləri, Hazor hərbi bazası, Palmachim, Zalaim və Tzrifin hərbi bazaları, Kalandia aeroportunu “qanuni hədəflər” elan edib. Türkiyə və Şimali Kiprdəki hərbi və kəşfiyyat obyektləri də bu sıradadır.