Iyunun 12-də günorta saatlarında Ermənistan hərbi polisi və Müdafiə Nazirliyinin İstintaq Xidmətinin birgə əməliyyatı nəticəsində Müdafiə Nazirliyinin İstintaq Xidmətinin bölmə rəisi, mayor Vaan Arutyunyan rüşvət alarkən və vəkil Azat Avaqimyan rüşvət verərkən saxlanılıblar.
Lent.az-ın erməni KİV-ə istinadən məlumatına görə, fakt üzrə cinayət başlanıb. İstintaq Müdafiə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılır. İlkin istintaq təbirlərindən sonra işin icraatı Xüsusi İstintaq Xidmətinə veriləcək.