İrandan ixrac etdikləri təbii qaz Rusiyadan aldıqlarından baha olduğundan Ermənistan İslam Respublikasının «mavi yanacağ»ından imtina edib.
Lent.az-ın Ermənistanın informasiya vasitələrinə istinadən məlumatına görə, bu bəyanatla erməni hökumətinin başçısı Tiqran Sarkisyan çıxış edib.
«Əgər biz İrandan daha ucuz qaz ala bilsək, onda biz bu addımı təbii olaraq, atacağıq. Ancaq hazırda İranın qazı Rusiyanınkından ucuzdur. Biz bunu gizlətmirik» - deyə, Sarkisyan «Ermənistan» telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məsələdə təkcə Rusiyanı ittiham etmək «düz deyil»:«Həmin məntiqlə İrana qarşı sanksiyalar qəbul edən - ABŞ, Avropa Birliyi, çeşidli beynəlxalq qurumları da qınamaq olar».