Ermənistanda uşaq bağçasında zəhərlənənlərin sayı 58-ə çatdı
29 noyabr 2014 13:27 (UTC +04:00)

Ermənistanda uşaq bağçasında zəhərlənənlərin sayı 58-ə çatdı

 

Ermənistanda uşaq bağçasında zəhərlənən uşaqların sayı 58-ə çatıb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan Səhiyyə Nazirliyinin baş infeksionisti Ara Asoyan deyib.

 

O bildirib ki, ağır vəziyyətdə olan 16 uşaq İrəvandakı infeksion xəstəxanaya çatdırılıb. Digərləri isə Eqvard şəhər xəstəxanasında qalıblar.

 

Zəhərlənmənin səbəblərinə gəlincə isə A. Asoyan uşaqların nədən zəhərləndiyinin hələlik müəyyən edilmədiyini deyib.

 

Qeyd edək ki, kütləvi zəhərlənmə baş verən uşaq bağçası fəaliyyətini dayandırıb.

 

***

 

10:34

 

Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə olub.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Eqvard şəhərində qeydə alınıb.

 

Nəticədə 13 uşaq yerli xəstəxanaya, daha 2 uşaq isə İrəvandakı xəstəxanaya yerləşdirilib. Zəhərlənən uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

İlkin ehtimallara görə, uşaqlar qida məhsullarından zəhərlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38