Ermənistan Yazıçılar Birliyiinin sədri Levon Ananyan sentyabrın 2-də 67 yaşında ölüb.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, onun diaqonuz yaman xassəli şiş olub.
Levon Ananyan 1946-ci il oktyabrın 13-də Tauş rayonunda anadan olub. 1964-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 25 il «Harun» jurnalında jurnalist işləyib. 1989-cu ildə Ermənistan Yazıçılar Birliyinin üzvü olub. 1990-2001-ci illərdə həmin jurnalın redaktoru işləyib.
2001-ci ildə Ermənistan Yazıçılar Birliyinin sədridir.