Ermənistan ordusunda ölüm hallarının artması cəmiyyətdə ciddi narazılıqlara yol açmaqdadır.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Hərbi Prokurorluğu bu gün orduda ölüm halları ilə bağlı cinayət işlərinin araşdırılması ilə məşğul olacaq və effektiv təhqiqat aparılması üçün öz təkliflərini verəcək İşçi Qrupun yaradılması təşəbbüsü ilə çıxış edib.
İşçi Qrupa ombudsman aparatı və Vəkillər Palatasının hər birindən bir təmsilçi, eyni zamanda ölkədə minimum 3 il fəaliyyət göstərən QHT təmsilçiləri dəvət olunacaqlar. Bu şəxslər hüquqi biliyə malik olmalıdırlar. İşçi Qrupunda təmsil olunmaq istəyənlərin müraciətləri iyulun 15-ə kimi qəbul olunacaq. İşçi Qrupu 2011-ci ilin yanvarından sonra baş verən əsgər ölümləri ilə bağlı cinayət işlərini araşdıracaq.