Mayın 29-da Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan xidməti maşında hökumət evinə gedərkən yolda avtomobil qəzasına düşüb.
Lent.az-ın «intrefaks» a istinadən məlumatına görə, qurumun mətbuat xidmətindən bildiriblər ki, İrəvanın mərkəzində «Wolkswagen» markalı avtomobil yol hərəkəti qaydasını pozaraq, nazirin mindiyi «Toyota Camry» xidməti maşınla toqquşub.
Mənbənin məlumatına əsasən, xəsarət alan olmayıb.