Bütün Ermənistan işıqsız qaldı- YENİLƏNİB
02 noyabr 2013 12:30 (UTC +04:00)

Bütün Ermənistan işıqsız qaldı- YENİLƏNİB

“Gazeta.Ru” xəbər verir ki, yerli vaxtla təqribən 10:15-dən etibarən Ermənistanın bütün ərazisi elektrik enerjisiz qalıb. Lent.az-ın məlumatına görə,bundan 10 dəqiqə sonra paytaxt İrəvanda işıq yanıb. Ermənistanın energetika naziri iclas çağırıb. Toplantı 2 saatdan çoxdur davam edir. Ölkənin regionları hələ də işıqsızdır. 

 

***

12:18

Noyabrın 2-də səhər saatlarından Ermənistanın paytaxtı İrəvan işıqsız qalıb. Lent. az-ın məlumatına görə, paytaxtın müxtəlif rayonlarının sahə elektrikləri elektrik enerjisinin kəsilməsinin səbəbini və bərpa müddətini deməkdə çətinlik çəkirlər.

 

“Ermənistan Elektrik Şəbəkəsi”nin 1-80 nömrəli qaynar xətti isə zənglərdən yüklənib. Qurumun mətbuat katibi Natalya Sarcanyan “news.am”a bildirib ki, şəhər tamamilə işıqsızdır. Səbəb elektrik şəbəkələrində aparılan texniki işlər deyil. Müxtəlif məhəllələrdə elektrik verilişi bərpa olunub, işlər davam edir.

 

Qeyd edək ki, paytaxtda işıq olmasa da, İrəvan metropoliteni və trolleybuslar işləyirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411
avatar

Oxşar yazılar