Ermənistan hökumətində kadr dəyişikliyi
08 may 2013 10:34 (UTC +04:00)

Ermənistan hökumətində kadr dəyişikliyi

APA-nın “Azatutyun” radiosuna istinadən xəbərinə görə, Ermənistan Respublika Partiyasının iclasının nəticələrinə əsasən hökumətdə bir sıra kadr dəyişiklikləri baş verib.

 

Maliyyə naziri Vaçe Qabrielyan Ermənistan hökumətinin aparat rəhbəri təyin olunub. Hökumətin sabiq aparat rəhbəri David Sarqsyan isə maliyyə naziri vəzifəsinə keçirilib. Aparat rəhbərinə nazir səlahiyyətləri də verilib.

 

Gənclər və idman naziri postu Olimpiya çempionu, ağırlıqqaldıran Yuri Vardanyana, iqtisadiyyat naziri vəzifəsi beynəlxalq ekspert Vaqram Avanesyana həvalə edilib. Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib ki, indiyədək iqtisadiyyat naziri olan Tiqran Davtyan bundan sonra Ümumdünya Erməni Ticarət Təşkilatına başçılıq edəcək.

 

Bundan başqa, Ermənistanın hakim partiyasının iclasında İrəvan meriyasına seçkilərin nəticələri və seçkisonrası proseslər müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar