Ermənistan Gömrük İttifaqı ilə bağlı hazırlıq görür
06 sentyabr 2013 04:40 (UTC +04:00)

Ermənistan Gömrük İttifaqı ilə bağlı hazırlıq görür

Ermənistanın İqtisadiyyat Nazirliyi Vahid Gömrük İttifaqına daxil olmağa hazırlaşır.

Lent.a-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, Ermənistanın İqtisadiyyat Nazirliyində sentyabrın 5-də «Gömrük İttifaqı və Vahid iqtisadi məkanda texniki tənzimlənmə» mövzusunda konfrans keçirilib.

 

Qurumun saytındakı məlumata əsasən, tədbirin məqsədi Vahid Gömrük İttifaqına üzv olan dövlətlərə mal ixrac edən ölkə ixracatçılarını bunun üçün zəruri olan prosedur və mexanizmlər barədə məlumatlandırmaqdır.     

 

Konfransda Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Sənaye Nazirliyi, Belarusun Dövlət Standartı Komitəsinin, Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqı, Rusiya Federal Gömrük Agentliyi və Federal Texniki Nizamlama Agentliyinin nümayəndələri iştirak edib.

 

Ermənistan tərəfindən tədbirdə müxtəlif idarə, dövlət və özəl qurumların nümayəndələri, sahibkarlar iştirak edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar