İyunun 11-də gecə saatlarında Moskvanın mərkəzində «Lotte Plaza» ticarət mərkəzinin girişində 50 yaşında bir nəfəri bıçaqlayıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, şəxs Ermənistanın İraqdakı səfiri Murad Muradyanın qardaşı Ovik Muradyandır.
Muradyan aldığı bıçaq zərbələrindən keçinib. Qatili hadisə yerindən qaça bilib.
Rusiya İstintaq Komitəsi Moskva idarəsinin təmsilçisi Sergey Stukalov bildirib ki, onun qətlinin sahibkarlığı fəaliyyəti ilə bağlı olduğu ehtimal edilir.
Mənbənin məlumatına əsasən, Ovik Muradyan 90-cı illərin əvvəlində yaratdığı «Bamo» tikinti şirkətinə rəhbərlik edirmiş.