Erməni ekspert: «Rusiya silahını tutmağa əsgər olmayacaq»
26 may 2013 04:57 (UTC +04:00)

Erməni ekspert: «Rusiya silahını tutmağa əsgər olmayacaq»

Regional məsələlər üzrə ekspert Sarkis Atspanyan İrəvanda mətbuat konfransı keçirib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, mətbuat konfransında o, deyib ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına mane olmaq üçün onu şantaj edir.

S.Atspanyan mətbuat konfransında daha sonra bildirib: “Qaz Moskvanın təzyiq göstərmək üçün istifadə etdiyi siyasi alətdir. Qazın qiymətinin artırılması Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması prosesini ləngitmək məqsədi güdür. Bu hadisələr fonunda qəribədir ki, Rusiya onun Ermənistan ərazisində dislokasiya edilmiş hərbi bazası üçün (söhbət Gümrüdəki 102 nömrəli hərbi bazadan gedir – red.) icarə haqqı ödəmir. Bu hələ harasıdır? Ən təəccüblüsü odur ki, həmin hərbi bazanın xərclərinin çox hissəsini İrəvan öz üzərinə götürüb”.


Onun fikrincə, Ermənistana ucuz qiymətə silah göndərilməsi Ermənistandan miqrasiyanın sürətlə artdığı vəziyyətdə Bakını çəkindirən amil olmayacaqdır.


Ekspert deyib:“Miqrasiyanın sürətlə artdığı, doğum göstəricisinin aşağı səviyyədə olduğu indiki acınacaqlı demoqrafik vəziyyət davam edərsə, tezliklə  Ermənistanda Rusiya silahından istifadə etmək üçün kifayət qədər əsgər olmayacaq. Yaxın vaxtlara qədər Rusiya da “Həmvətənlər” Dövlət Proqramı vasitəsi ilə Ermənistanın boşalmasına şərait yaradırdı”.

Mənbənin xatılatmasına əsasən,
cari ilin payızında Ermənistan ilə Avropa İttifaqı arasında Assosiasiya barədə saziş bağlanması nəzərdə tutulur.Bu arada “Qazprom” Açıq Səhmdar Cəmiyyəti Ermənistana satılan təbii qazın qiymətini artıraraq, hər 1000 kubmetr üçün 180 dollardan 270 dollara çatdııb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1702
avatar

Oxşar yazılar