Rusiyanın Kuban vilayətindəki Armavir şəhərində oğrular arasında davadan sonra erməni “qanuni oğru” Ara Muradyan ölüb. Lent.az-ın “Praym Kraym”a istinadən verdiyi məlumata görə, titullu avtoritetlər münasibətlərini şəhər kafelərinin birində aydınlaşdırıblar.
Ora qətlə yetirilmiş “Ded Xasan”ın taclandırdığı armavirli “qanuni oğru” Muradyanın göstərişi ilə əks tərəfdən “oğru ailəsi”nə can atan Reziko adlı şəxs dəvət olunub. Getməzdən öncə Reziko oğru dostu Lexa Zlakı görüşün məkan və vaxtı barədə xəbərdar edib.
Kafedə “Ded Xasan” klanının tərəfdarları Rezikonu döyüblər. Digər oğrular Dato və Artyomun müşayiəti ilə ona köməyə gəlmiş Zlak, eləcə də 15-dək ağırçəkili idmançı Muradyan və dostlarının üstünə atılıblar. Nəticədə armavirli “qanuni oğru” aldığı zərbələrdən ertəsi gün ölüb.