Ərəb Dövlətləri Liqasının (ƏDL) xarici işlə nazirləri sentyabrın 1-də Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirəcək.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, bu xəbəri qurumun baş katibinin müavini Əhməd bin-Xelli verib.
Onun sözlərinə əsasən, əvvəlcə toplantı sentyabrın 3-ə planlaşdırılıbmış, ancaq Suriyada olayların sürətli inkişafı onun tezləşdirilməsinə səbəb olub.
Xatırladaq ki, ƏDL Suriyada kimyəvi silah hücumunu edənlərin beynəlxalq məhkəməyə verilərək, cinayət işinin açılmasını istəmişdi.