Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Lent.az-ın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, görüş yüksək səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclasından əvvəl olub.
Görüşdə Əhməd Davudoğlu, Sergey Lavrov və Kremlin xarici siyasət müşaviri Yuri Uşakov iştirak edib.