Türkiyədə hökumət təmsilçilərinin var-dövləti barəsində çeşidli xəbərlər yayılmaqdadır.
Lent.az-ın «Azadlıq radiosu»-na istinadən məlumatına görə, Türkiyənin Baş naziri Rəcəb Taib Ərdoğanın 500 min türk lirəsi (279 min ABŞ dolları) alacağı var.
2011-ci ilin iyununa olan məlumata əsasən, baş nazirin Dumankaya kəndindəki 10 min lirə dəyərləndirilən 2000 kvadratmetrlik torpaq sahəsi ,bank hesablarında isə 3390384 türk lirəsi (bir milyon 889545 ABŞ dolları), 25 min funt sterlinq və 200 min dollar pulu var.