Türkiyəin baş naziri Rəcəb Taib Ərdoğan «Gəzi» parkındakı etirazçılara müraciət edib.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, hökumət başçısı deyib ki, cümə günü axşamadək onların «Gəzi»nin tərk edəcəklərinə ümid edir.
«Siz orada nə qədər mümkün idisə o qədər qaldınız. Sizin parkla bağlı istəkləriniz eşidildi. Hazırda onlar öyrənilir. İndi isə lütfən, «Gəzi» parkını tərk edib, evlərinizə gedin. Ümid edirəm ki, axşamadək bu başa çatacaq» -deyə, Ərdoğan televiziya vasitəsi ilə bildirib.