Ərdoğandan dini dövlət yolunda böyük addım
04 noyabr 2013 15:54 (UTC +04:00)

Ərdoğandan dini dövlət yolunda böyük addım

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gözlənilməz çıxışla diqqətləri üzərinə çəkib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə baş naziri deyib ki, bundan sonra qızlar və oğlanlar eyni yataqxanalarda qalmayacaqlar.

 

Türkiyənin “Zaman” qəzeti yazır ki, Ərdoğan bu barədə partiyasının Kızılcahamamdakı qapalı toplantısında məlumat verib. Baş nazir valilərə bu barədə təlimat verdiyini, bundan sonra qız və oğlanların eyni yataqxanalarda qala bilməyəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748
avatar

Oxşar yazılar