Əmi sevişdiyi qardaşı qızını yandırdı
15 may 2013 03:57 (UTC +04:00)

Əmi sevişdiyi qardaşı qızını yandırdı

 

Ötən gün Türkiyədə 25 yaşlı qadın naməlum şəxs tərəfindən üstünə benzin tökülərək yandırılıb. Yerli mətbuatın xəbərinə görə, hadisə gecə saat 23.30-da Sakarya rayonunda baş verib. Qadının fəryadını eşidən qonşular alovu söndürərək onu xəstəxanaya çatdırblar. Vəziyyəti ağır olan iki övlad anası daha sonra İstanbuldakı xəstəxanalardan birinə göndərilib. 
 
Lent.az-ın ANSPRESS-ə istinadən verdiyiməlumata görə, faktla bağlı araşdırmalara başlayan polis hadisəni törətməkdə şübhəli bilinən yaralının ögey əmisi, 37 yaşlı Tayfun B.ni yaxalayıb. Məlum olub ki, ailəli və bir övlad atası olan Tayfun B.nin qardaşı qızı ilə qeyri-rəsmi münasibəti varmış. Qardaşı qızına başqaları ilə görüşməməsi üçün xəbərdarlıq edən əmi yaranmış mübahisə zəminində ona benzin tökərək yandırıb. 

Şübhəli polis tərəfindən saxlanılıb və faktla bağlı araşdırmalar davam edir. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7205
avatar

Oxşar yazılar