Elxan Poluxov Afrika İnstitutunda çıxış etdi
30 aprel 2013 17:46 (UTC +04:00)

Elxan Poluxov Afrika İnstitutunda çıxış etdi

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov CAR-ın Pretoriya şəhərində yerləşən, dövlətə məxsus Cənubi Afrikanın Afrika İnstitutunda səfirlik tərəfindən təşkil edilmiş seminarda Heydər Əliyev və onun müasir Azərbaycanın quruculuğunda rolu mövzusunda mühazirə ilə çıxış edib.

 

Azərbaycanın CAR-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, seminarda CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, CAR Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin məsul şəxsləri, beyin mərkəzlərinin rəhbərləri, müxtəlif universitetlərin professorları və bir sıra iş adamları iştirak ediblər.

Afrika İnstitutunun rəhbəri Findile Lukhele-Olurunju seminarı açıq elan edib,  Azərbaycanla bağlı ümumi məlumat əks olunan qısa metrajlı filmin nümayiş etdirilib.  Elxan Poluxov Heydər Əliyevin həyat yolu, ölkəmizin müasir daxili və xarici siyasətinin təməlinin qoyulması və inkişafında fəaliyyəti barədə danışıb. Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan haqda da geniş məlumat verib. Eyni zamanda Azərbaycanın Afrikaya yönəlmiş xarici siyasəti və biznes imkanlarından söz açıb. Tədbirin sonunda seminar iştirakçılarına Heydər Əliyevin həyatına və Azərbaycana həsr edilmiş məlumat kitabçaları paylanılıb.

# 877
avatar

Oxşar yazılar