Əli Laricani yenidən İranın İslam Məşvərət Şurasının (parlament) sədri vəzifəsinə seçilib. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün keçirilən səsvermədə onun lehinə 213 millət vəkili səs verib. 13 nəfər onun rəqibi Əhməd Baxşeyişə səs verib, 26 deputat isə bitərəf qalıb.
Bununla da, Əli Laricani yenidən parlament sədri seçilib. Bundan əvvəl o Ali Milli Təhlükəsizlik Şurasının katibi, İRİB kanalın rəhbəri və islami irşad və mədəniyyət naziri vəzifəsində çalışıb.