Əhmədinejada qeyri-adi evlənmə təklifi
15 aprel 2013 21:31 (UTC +04:00)

Əhmədinejada qeyri-adi evlənmə təklifi

 

 

İran prezidenti Mahmud Əhmədinejad ölkənin Simnan əyalətinin şimalına səfəri zamanı qeyri-adi evlənmə təklifi ilə üzləşib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yaşlı dul qadın Əhmədinejada evlənmə təklifi edib.

 

«Mən istəyirəm ki, prezident məni özünə arvad etsin və Tehrana aparsın» - deyə, yaşlı qadın bildirib.

 

Jurnalistlərin «nədən belə bir addamı atmaq istəyir» sualına cavabında o, deyib ki, yanğın zamanı ərini və oğlunu itirib və indi tənhadır.

 

Xatırladaq ki, Əhmədinejadın iki oğlu və bir qızı var. İndiyə kimi onun ailə üzvləri kütlə qarşısında görünməyib. 

# 1136
avatar

Oxşar yazılar