Egey dənizində Yunanıstanın bərəsi yanıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, xəsarət alan olmayıb.
Bərənin yiyəsi Antonis Aqapitos bildirib ki, bərədəki 250 sərnişinin həyatı üçün heç bir təhlükə yoxdur.İkariya və Samos adaları arasında hərəkətə edən «Nissos Mikonos»dakı yanğının mənbəyi borudur. Onun sözlərinə görə, sərnişinlər köçürülməsinə ehtiyac yoxdur.
Mənbə bildirib ki, yaxın vaxtlarda brə Samos adasına yan alacaq, sərnişinlər oradan endiriləcək.