ABŞ Əfqanıstanla 2014-cü ildən sonra amerikalı hərbçilərin bu ölkədə qalması şərtlərini müəyyənləşdirən müqavilənin şərtlərini razılaşdırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ABŞ-ın dövlət katibi Con Kerri açıqlama verib.
O, bildirib ki, noyabrın 21-də Əfqanıstan Ağsaqqallar Şurası razılaşmanın mətnini müzakirə edəcək.
Sənəddə da vurğulanıb ki, Əfqanıstan hərbi xidmətdə olan amerikalılar cinayət törədəcəkləri halda yerli məhkəmədə mühakimə edilməyəcək. Belə bir vəziyyət yaranarsa, onlar ABŞ qanunlarına əsasən mühakimə olunacaq.