Əfqanıstanda seçicilərin 25 faizi seçkiyə hazırdır
07 noyabr 2013 06:12 (UTC +04:00)

Əfqanıstanda seçicilərin 25 faizi seçkiyə hazırdır

2014-cü ilin aprelində Əfqanıstan prezident seçkisinin keçirilməsi planlaşdırılıb.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «əl-Jazeera» bildirib ki, bu siyasi kampaniyaya seçicilərin 25 faizi hazırdır.

 

Ölkədə səsvermə hüquq olan 12 milyon seçici var. İndiyə kimi onların 2,7 milyonu qeydiyyatdan keçib.

 

Qalanlarının isə qeydiyyatdan keçməsi üçün 5 gün vaxtı var. Bu müddətdə onlar qeydiyyatdan keçməzsə onda həmin seçicilər öz namizədlərinə səs vermək imkanından məhrum olacaq.

 

Bir müddət öncə prezident seçkisində 10 namizədin iştirak edəcəyi haqda xəbər yayılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443
avatar

Oxşar yazılar