Əfqanıstanda qızların yarısı hələ də məktəbə getmir
10 iyul 2013 23:15 (UTC +04:00)

Əfqanıstanda qızların yarısı hələ də məktəbə getmir

BMT-nin Cenevrədəki qərargahında ilk dəfə olaraq, Əfqanıstanın dölət nümayəndə heyəti ölkədə qadın haqlarının tapdanmasına dair hesabat təqdim edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,hesabata qadınların diskriminasiyasının qarşısının alınması üzrə BMT-nin komitəsində baxılacaq.

 

Bundan başqa Əfqanıstanın «İnsan haqlarının müdafiə komissiyası» və ABŞ-ın «Human Rights Watch» təşkilatları da  məsələ ilə bağlı öz hesabatlarını təqdim edib.

 

«Human Rights Watch» bildirib ki, bu ölkədə qadınlara qarşı davamlı olaraq zor tətbiq olunur, bir çox hallarda onu törədənlər cəzası qalır. Əfqanıstanda hələ də qızların yarısı məktəbə getmir.

 

BMT şəraitin dəyişdirilməsi ilə bağlı öz məsələhətələrini iyulda çap edəcəyini boyun olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Oxşar yazılar